Azərbaycanda ilk və yeganə Özəl Uroloji Klinika

"Uroloji mərkəz Kamal Abdullayevin Klinikası" MMC

hər zaman sizin xidmətinizdə ... !







DİREKTOR,  TİBB ELMLƏRİ DOKTORU, PROFESSOR,  RESPUBLİKANIN ƏMƏKDAR HƏKİMİ, TRANSPLANTOLOQLAR ASSOSİASİYASININ SƏDRİ VƏ UROLOQLAR ASSOSİASİYASININ SƏDR MÜAVİNİ, AVROPA UROLOQLAR ASSOSİASİYASININ ÜZVÜ 

       Bu gün Kamal Abdullayev Respublikada çoxsaylı həmkarları və xəstələri arasında peşəkar sənətkar kimi ad qazanmışdır. O,uşaq urenefrologiyasının respublikada ilk yaradıcısı və təşkilatçısıdır. Respublikada ilk dəfə olaraq K.Abdullayevin rəhbərliyi ilə “Uşaqlara uronefroloji xidmət”

təşkil edilmiş və bu günə kimi bu işin inkişaf etdirilməsi üçün çox iş görülmüşdür.

K.Abdullayev 1964-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə Cəlilabad rayonu Sabirabad kənd sahə xəstəxanasında baş həkim vəzifəsindən  başlamışdır.

      1972-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət  Həkimləri Təkmilləşdirmə İnstitutunun “Urologiya və operativ nefrologiya” kafedrasının aspiranturasına daxil olmuşdur. Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə  İnstitutu keçmiş sovetlər ittifaqında həkimlərin təkmilləşdirməsi sahəsində öz xüsusi çəkisi olan bir elm ocağı idi. Urologiya kafedrası həmin institutun ən aparıcı kafedralarından biri sayılırdı. 1972-1989-cu illər ərzində Əziz Əliyev adına Azərbaycan Respublikası Həkimləri Təkmilləşdirmə İnstitunda işləyərkən, gənc alim özünü bacarıqlı cərrah və pedaqoq kimi göstərmişdir. Hər il bu kurslardan 100 nəfərdən çox həkim keçirdi. Bundan əlavə K.Abdullayev respublikanın pediatriyadan təkmilləşmə kursu keçən bütün pediatrlarına uşaqlarda müşahidə edilən uroloji xəstəliklər, xüsusən cinsiyyət üzvlərinin anomaliyaları,reflüksun ilkin diaqnostikası və müalicəsi haqqında  mühazirələr oxumuş, bütün uşaq xəstəxanaları ilə əlaqə yaradılaraq uşaqların vaxtında uroloji müayinədən keçməsini təşkil etmişdir.

    Onun apardığı təkmilləşmə kurslarında keçmiş ittifaqın bir çox səhələrlərindən gələn həkimlər öz bilik səviyyələrini artırmaqla yanaşı bəziləri Kamal müəllimin pedaqojı fəaliyyətinin təsiri altında elmi iş götürmüş və nəticədə öz həyatlarını elmlə bağlamış, urologiya elminin müxtəlif istiqamətləri  üzrə müdafiə edərək alim adı almışlar. K.Abdullayevin rəhbərliyi altında 4 nəfər rusyalı həkim və 3 nəfər azərbaycanlı həkim uşaq urologiyası elminin müxtəlif istiqamətləri üzrə müdafiə edərək elmlər namizədi adını almışdır.

K. Abdullayev  1978-ci ildə Moskvada namizədlik, 1987-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. O, hələ  sovetlər ittifaqı vaxtı dəfələrlə Çexoslovakiyada, Macarıstanda, Yuqoslaviyada, Bolgarıstanda, Rusiyanın mərkəzi şəhərlərində və  İran İslam Respublikasında elmi məruzələrlə çıxış etmişdir. Uşaqlarda təsadüf edilən uroloji xəstəliklərin vaxtında aşkar edilib müalicə olunması üçün doğum evləri ilə əlaqə yaradılmış, xəstə uşaqlar vaxtında müayinə edilərək onlara erkən yaşlarda müxtəlif rekonstruktiv əməliyyatlar aparılır. Hidronefroz, obstruktiv meqaureter, cinsiyyət üzvünün anomaliyaları kiçik yaşlarda əməliyyat olunurlar. 1989-ci ilin dekabr  ayında K.Abdullayev Bakı  Baş Səhiyyə İdarəsinin müdiri və­zifəsinə seçilmişdir. Bu müddətdə respublikada siyasi və iqtisadi vəziyyət olduqca ağır idi. Dağlıq Qarabağda müharibə gedirdi. Respublikada tez tez hakimiyyət dəyişikliyi baş verirdi. Belə şəraitdə Baki şəhər səhiyyəsini düşdüyü ağır vəziyyətdən çıxarmaq böyük zəhmət və təşkilatçılıq bacarığı tələb edirdi. Işlədiyi qısa müddət ərzində Kamal müəllim bu çətinliklərin öhdəsindən layıqinca gələ bildi.

Uşaq urologiyası ilə yaxından məşğul olan Kamal Abdullayev 1990-cı ildə Azərbaycanda ilk dəfə olaraq Respublika Uşaq Uroloji xəstəxanasının əsasını qoymuş, sonralar klinika böyük inkişaf yolu keçərək Uroloji mərkəzə çevrilmişdir və təkcə uşaqlara yox, yaş həddindən asılı olmayaraq daha geniş pasient kateqoriyasına  “Uroloji mərkəz Kamal Abdullayevin klinikası” MMC adı altında xidmət göstərir. İlk dəfə olaraq suveren respublikamızda Kamal Abdullayevin başçılıq etdiyi bu klinikada canlı donordan 23 xəstəyə böyrəkköçürmə əməliyyatı aparılmışdır.

 Burada sidik ifrazı pozğunluğu mərkəzi, müasir urodinamik laboratoriya yaratmış, sidik ifrazı pozğunluqlarından əziyyət çəkən xəstələrin (uşaq və böyüklər) müayinəsi və müalicəsi təşkil edilmişdir. Belə xəstələrin müalicəsində ilk dəfə olaraq Kamal Abdullayev tərəfindən kvant-lazer refleksoterapiyası, maqnitoterapiya, ultrasəs terapiyası, naftalan aplikasiyası tətbiq edilmiş və bu gün də gözəl nəticə əldə edilir.

Bundan əlavə prostat vəzinin xoşxasisəli hiperplaziyası zamanı TUR əməliyyatı, açıq adenomektamiya əməliyyatı, yeni doğulmuşlara və yaşından asılı olmayaraq bütün xəstələrə plastik rekonstuktiv əməliyyatlar aparılır. Cinsiyyət üzvünün qüsurlarında, (hipospadiya,epispadiya) yüksək səviyyədə plastik cərrahi  əməliyyatlar aparır. Uşaqlarda çox təsadüf edilən Sidiklik Sidik Axarı Reflüksunun müalicəsində K.Abdullayev tərəfindən 2002-ci ildən etibarən Respublikada  ilk dəfə olaraq endoskopik müalicə üsuludan biopolimerdən istifadə edilir. Əsasən I-II-III dərəcəli reflüksun müalicəsində  və əməliyyatdan sonra residiv müşahidə edildikdə gel yeridilir. 2002-2011-ci illər ərzində 110-dan çox,yaşı 6 ay-15 yaş arasında olan uşaqlara 120 xəsətyə ( 129 sidik axarı )gel yeridilmişdir,və 5 il sonra aparılan təkrar müayinələr zamanı residiv müşahidə edilməmişdir. Onun elmi fəaliyyəti çoxşaxəlidir. “İki tərəfli meqaureterin cərrahi müalicəsi” və “Hipospadiyanın cərrahi müalicəsi” adlı sənədli filmlərin çəkilişinə rəhbərlik etmişdir. “İki tərəfli meqaureterin cərrahi müalicəsi” adlı filminə görə Moskvada XTNS tərəfindən qızıl medala layiq görülmüşdür. K.Abdullayev 1975-ci ildə  “Səhiyyə əlaçı” döş nişanı ilə təltif edilmişdir. 2001-ci ildə isə ulu öndərimiz, xalqımızın ümummilli lideri Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının əməkdar həkimi adına layiq görülmüşdür. 2004-2005-ci illərdə Səhiyyə Nazirliyinin baş uroloqu olmuşdur.

Görkəmli alimin indiyə qədər məşğul olduğu elm sahəsinin ayrı-ayrı problemlərinə dair 4 monoqrafiyası, Azərbaycanda və xarici ölkələrdə 130-dan artıq elmi məqaləsi çapdan çıxıb. Tibb aləmində professor Kamal Abdullayev həm də yüzlərlə insan üçün amansız xəstəlikdən nicat yoluna çevrilmiş səmərələşdirici təkliflərin müəllifi kimi tanınır.

 Cəmi bir neçə cümlədə ifadə etdiyimiz bu nailiyyətlərin hər birinin əldə olunmasında on illərin zəhməti, alın təri, həyatı və insanları sonsuz məhəbbətlə sevən işıqlı bir şəxsiyyətin döyünən ürəyi var. Kamal Abdullayev bu zəhməti şan-şöhrət naminə yox, illər ərzində onun şəfalı əllərinə pənah gətirmiş insanların sağlamlığı naminə sərf edib. Ona şöhrət qazandıran tutduğu vəzifələr, daşıdığı titullar yox, sadəcə həkimliyi, şəfa verdiyi xəstələrdir.

O, peşəsinə sevgisini qoyur, ruhən sənətilə bütünləşir və bu tamlıq, bütünlük də Kamal Abdullayevin əllərindəki şəfanın sirrinə çevrilir.

Professor Kamal Abdullayev dəyərli ziyalı, vətənpərvər ictimai xadim, ən başlıcası isə daxili dünyası mərhəmət duyğuları ilə dolu olan nəcib insandır.




Uroloji Mərkəz hər zaman sizlərə yüksək xidmət göstərməkdədir. Müxtəlif növ müasir endoskopik, plastik, rekonstruktiv uroloji əməliyyatlarının aparılması, xəstələrin daim nəzarətdə saxlanması və onların yenidən həyata sağlam, problemsiz qayıtması üçün hər bir köməklik göstərməyə hazırdır!
www.urolojimerkez.com







Bizimlə Əlaqə


 

"UROLOJI MƏRKƏZ - Kamal Abdullayevin Klinikası" MMC  ©  2011      Ünvan : Bakı, Azərbaycan    
Tel:
(+994 12) 440 28 79 ,  44019 88,   (+99412) 440 15 37
Web Developer :  Vüqar Əvəzov       E-mail : avazov@yahoo.com